XƏBƏR, İDMAN
27-09-2019, 10:57

Futbol üzrə final yarışı keçirilib - Şəmkir komandası qaliblər sırasındadır

Futbol üzrə final yarışı keçirilib - Şəmkir komandası qaliblər sırasındadır

26 sentyabr 2019-cu il tarixdə Mingəçevir şəhər Y.Məmmədzadə adına stadionunda futbol üzrə final yarışı keçirilib.

Qərbinfo.az xəbər veriri ki, final yarışı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin 2019-cu il Vahid idman təqvim planına əsasən, yeniyetmələrin XII Respublika Oyunlarının proqramına daxil olan futbol üzrə 2004-2005-ci il təvəllüdlü oğlanlar arasında keçirilib.

Qeyd edək ki, yarışda respublikanın Mingəçevir, Şəmkir, Şirvan, Qax, Oğuz, Sumqayıt, Astara, Biləsuvar şəhərlərinin komandaları iştirak edib.

Final yarışmasının nəticəsi olaraq, 1-ci yerə Mingəçevir şəhəri, 2-ci yerə Şəmkir şəhəri Gİİ UGİM komandası , 3-cü yerə Şirvan şəhərinin komandaları layiq görülüb.

Futbol üzrə final yarışı keçirilib - Şəmkir komandası qaliblər sırasındadır
Futbol üzrə final yarışı keçirilib - Şəmkir komandası qaliblər sırasındadır






Son Xəbər