XƏBƏR, MƏDƏNİYYƏT
26-09-2019, 20:54

Xalq artisti Şövkət Ələkbərovanın xatirəsi anılacaq

Xalq artisti Şövkət Ələkbərovanın xatirəsi anılacaq

Noyabrın 16-da Heydər Əliyev Sarayında görkəmli sənətkar, Xalq artisti Şövkət Ələkbərovanın xatirə gecəsi keçiriləcək.

Sarayın mətbuat xidmətindən Qərbinfo.az-a bildirilib ki, gecədə Şövkət Ələkbərovanın repertuarında yer alan muğamlar, xalq və bəstəkar mahnıları Xalq və Əməkdar artistlərinin, tanınmış müğənnilərin ifasında səsləndiriləcək.

Konsertin biletlərini Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından, www.iticket.az saytından onlayn və “ASAN xidmət” mərkəzlərindən, “Gənclik” və “28 Mall” ticarət mərkəzlərindəki kassalardan əldə etmək olar.






Son Xəbər