XƏBƏR, DÜNYA
26-09-2019, 12:31

Ermənistanda "hayeli.am" və "armlur.am" veb saytlarının redaktorları məhkəmədə dindirilib

Ermənistanda "hayeli.am" və "armlur.am" veb saytlarının redaktorları məhkəmədə dindirilibErmənistana məxsus "hayeli.am" və "armlur.am" veb saytlarının redaktorları məhkəmədə dindirilib.

Qərbinfo.az Ermənistana məxsus "aysor.am" saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Ermənistan İstintaq Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, hayeli.am və armlur.am saytlarının redaktorları Ayk Arutyunyanın ölüm faktına dair cinayət işi çərçivəsində şahid qismində dindirilib. Onlar istintaq orqanının dindirilmənin video yazısını aparmaq təklifindən imtina ediblər və "Kütləvi İnformasiya Vasitələri haqqında" Ermənistan Respublikası Qanununun 5-ci maddəsinə istinad edərək məlumat mənbəyini açıqlamayıblar.

Müstəntiqin hadisənin şahidinin nəşrləri oxuduğunu və nəşrlərdə göstərilən halları inkar etdiyi barədə sual verdikdə media təmsilçiləri ziddiyyətli məlumatlarla bağlı mövqe bildirməyib. Onlar bəyan ediblər ki, yalnız mənbələrin onlara bildirdikləri məlumatları yayıblar.

Xatırladırıq ki, Ayk Arutyunyanın ölümünün şahidi sonrakı ifadəsində hadisə barədə mediaya məlumat vermədiyini bildirib. Görünür şahidin özünə də təzyiqlər edilib və Ermənistanda nəinki söz azadlığı, hətta insan haqları, hüquqlar da pozulur.






Son Xəbər