XƏBƏR, MƏDƏNİYYƏT
20-09-2019, 09:00

Ölkəmizin istənilən gənci dövlət qayğısını hiss edir

Ölkəmizin istənilən gənci dövlət qayğısını hiss edir

Şəmkir rayon İcra Hakimiyyəti və Şəmkir Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşəbbüsü ilə hazırlanan yeni video-müsahibə formatında layihəmizin artıq ilk çəkilişi baş tutub.

Layihənin həyata keçirilməsində məqsəd sağlamlıq imkanları məhdud, habelə aztəminatlı, xüsusi qayğıya və tanınmağa ehtiyacı olan istedadlı gənclərin tanıdılması və onların fəaliyyətlərinin stimulaşdırılmasıdır.

Qeyd edək ki, layihənin ilk qonağı Şəmkir rayon Yeniabad kənd sakini Elşən Sahiboğludur. Elşən musiqi və toxuculuqla məşğul olur. Sağlamlıq imkanları məhdud (görmə əngəlli) gəncimiz, onun tanıdılmasına dəstək olmanızı xahiş edir. Videomuzda Elşən bizimlə gündəlik həyat qayğılarını və dəyərli düşüncələrini paylaşıb.

Əziz izləyicilər, əgər sizin də ətrafınızda (Şəmkir və ona yaxn ərazilərdə) xüsusi qayğıya və tanınmağa ehtiyacı olan istedadlı gənclər varsa onları bizə yönəldə bilərsiniz.
Əlaqə vasitələrimiz:
Şəmkir Gənclər Mərkəzi (Bayraq meydanının yanı)
Telefon: 050 652 77 27

Ölkəmizin istənilən gənci dövlət qayğısını hiss edir
Ölkəmizin istənilən gənci dövlət qayğısını hiss edir






Son Xəbər