XƏBƏR, HADİSƏ
19-09-2019, 14:42

Türkiyədə sürət qatarı relsdən çıxdı - Ölənlər var

Türkiyədə sürət qatarı relsdən çıxdı - Ölənlər var

Türkiyədə sürət qatarı relsdən çıxıb. insident Biləcik vilayətində qeydə alınıb.

Qərbinfo.az-ın məlumatına əsasən, qəza nəticəsində iki nəfərin - maşinistlərin öldüyü bildirilir.

Sürət qatarının Ankaradan Biləcik vilayəti istiqamətində hərəkət etdiyi qeyd olunub. Hazırda qəza ilə bağlı dəmir yolunda yaranmış problem aradan qaldırılır.

Qəzanın hansı səbəbdən baş verməsi isə məlum deyil, araşdırma başlayıb.






Son Xəbər