XƏBƏR, İQTİSADİYYAT
18-09-2019, 09:00

Şəmkir rayonunun iqtisadiyyatına daha bir yeni töhvə

Şəmkir rayonunun iqtisadiyyatına daha bir yeni töhvə

Ölkəmiz müstəqilliyinin ilk illərində neft ölkəsi olaraq tanınsa da, artıq bir neçə illərdir ki, ölkəmizdə dövlət başçısının rəhbərliyi altında davamlı inkişaf və iqtisadiyyatın diversifikasiyası istiqamətində son dərəcə innovativ, əsaslı islahatlar aparılıb. Bu yöndə müəyyən edilmiş prioritet istiqamətlərdən biri də kənd təsərrüfatıdır və bu sahənin respublikanın regionlarında yerli xüsusiyyətləri nəzə alınmaqla, ixtisaslaşma səviyyəsində həyata keçirilir.

Məhz, bu gün Şəmkir rayonunun Dəllər Cəyir kəndində ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Azərbaycan hökuməti və yerli icmalar arasında əməkdaşlıq çərçivəsində inşa etdirilən inkubator məntəqəsinin açılış mərasimi baş tutub. Layihə çərçivəsində inkubator sexi üçün bina tikilib, generator, inkubasiya rəfləri və digər avadanlıqlar qoyulub.

Açılış mərasimində çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Qüdrət Əliyev qeyd edib ki, son illər regionlarda kiçik və orta sahibkarlığın genişləndirilməsi, yerli ehtiyatlardan səmərəli istifadə etməklə kənd təsərrüfatının inkişafı, sahibkarlar arasında kooperasiya əlaqələrinin gücləndirilməsi, əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədilə mühüm addımlar atılır.

Dəllər Cəyir kəndində inkubator məntəqəsinin inşa edilməsinin əhəmiyyətinə diqqət çəkən Qüdrət Əliyev bu münasibətlə kənd sakinlərini təbrik edib.
Vurğulayıb ki, inkubator məntəqəsinin inşa edilməsi ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Azərbaycan hökuməti və yerli icmalar arasında əməkdaşlıq çərçivəsində rayonda icra edilən layihələrdən biridir.

Tədbirdə çıxış edən USAİD-in proqram rəhbəri Devid Ratlif layihələrin insanların öz həyat səviyyələrini yaxşılaşdırmağa yönəlmiş səylərinə dəstək göstərmək məqsədi daşıdığını bildirib, əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyini diqqətə çatdırıb

Son Xəbər