XƏBƏR, DÜNYA
17-09-2019, 11:15

İsrail knessentinə seçkilər keçirilir

İsrail knessentinə seçkilər keçirilir

Bu gün İsraildə knessetə 22-ci çağırış növbədənkənar seçkilər keçirilir.

Qərbinfo.az-ın məlumatına görə, yerli vaxtla saat 7-də ölkədə seçki məntəqələri açılıb. Xəstəxana və istintaq təcridxanalarında yaradılan seçki məntəqələri saat 8-də açılıb.

Seçkilərə ilk 30 partiya qatılsa da, səsvermə başlamağa bir neçə saat qalmış bir partiya prosesdə iştirakdan imtina edib.

Qeyd edək ki, seçkiyə qatılanlar knessetdə 120 yer uğrunda mübarizə aparacaqlar.






Son Xəbər