XƏBƏR, SOSİAL
17-09-2019, 09:00

Bakı Oksford məktəbinin Şəmkir filialında yeni tədris ilinin başlanmasına həsr edilmiş tədbir keçirilib

9 sentyabr 2019-cu il tarixində münasibəti ilə açıq havada məktəbin müəllim-şagird heyyəti, valideynlər, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdiri Aynur xanım Abdullayeva və valideyn qismində Şəmkir rayon Gənclər və İdman İdarəsinin rəisi Emin İsmayılovun iştirak etdiyi tədbir baş tutdu.

Mərasim ardıcıl olaraq, Azərbaycan Respublikasının, Böyük Britaniya Krallığının və Oksford məktəbinin himnlərinin ifası yekunlaşdıqdan sonra açıq elan edildi. Çıxış üçün ilk söz məktəbin direktoru Gültəkin Rzayevaya verildi. O, məktəbin 2009-cu ildə Heydər Əliyev Fondu tərəfindən təsis edilməsindən, məktəbin müəllim-şagird heyyətinin uğurlarından bəhs edərək "xoş gəlmisiz!" deyərək hər kəsi salamladı. Növbəti söz Aynur Abdullayevaya verildi. Aynur xanım təhsil sahəsində aparılan dövlət siyasətindən, görülən işlər, hazırki durum və perspektiv planlardan söz açdı və daha sonra ardıcıllıqla söz çıxış etmək üçün məktəbin tanınmış müəllimlərinə, Emin İsmayılova təqdim edildi.

Tədbirin yekununda zəng səsi səsləndi və şagirdlər siniflərə bölünərək qrup şəklində müəllimlərinin müşaiyyəti altında yeni tədris ilinin ilk dərsinə başlamaq üçün məktəb binasına daxil oldular.

Biz də Qərbinfo.az olaraq, Bakı Oksford məktəbinin Şəmkir filialının müəllim- şagird heyyətinə işıqlı və müqəddəs fəaliyyətində uğurlar arzulayırıq!

Son Xəbər