XƏBƏR, SOSİAL
16-09-2019, 15:32

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Şəmkir sakinləri ilə görüş keçirib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Şəmkir sakinləri ilə görüş keçirib


Xəbər verdiyimiz kimi bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Şəmkirdə vətəndaşların müraciətlərini dinləyib.

Ailə, qadın və uşaq məsələləri bu gün dövlətin əsas diqqət mərkəzində olan məsələlərindəndir. Çünki, sözügedən amillər hər bir cəmiyyətin əsas özəyidir. Onların qorunması, düzgün şəkildə inkişaf etdirilməsi cəmiyyətimizdə ailə institutunun möhkəmlənməsinə xidmət edir. Məhz, Azərbaycan cəmiyyətinin özünəməxsusluğu onun ailə dəyərlərinin yüksək olması, qadınlara ana olaraq böyük dəyər verilməsi və uşaqların gələcəyimizin siması olaraq qəbul edilməsindədir.

Qəbuldan sonra Sədaqət Qəhrəmanova, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini -İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Abdullayeva Şəmkir Gənclər Mərkəzində rayonun bir qrup fəal gəncləri ilə görüşüb. Görüş çərçivəsində Şəmkir rayonunda qadın və uşaq hüquqlarının müdafiəsi, qadın sahibkarlığının inkişafı və digər mövzular üzrə müzakirələr aparılıb.

Sədaqət Qəhrəmanova gənclərə ailə, qadın və uşaq siyasəti sahəsində görülən mühüm işlər və həyata keçirilən layihələr haqqında məlumat verib. Eyni zamanda, erkən nikah halları, sakinlərin məşğulluq məsələləri, qadın sahibkarlara dəstək, uşaqların təhsildən yayınması məsələləri və digər mühüm mövzular ətrafında müzakirələr aparılıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Şəmkir sakinləri ilə görüş keçirib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Şəmkir sakinləri ilə görüş keçirib






Son Xəbər