XƏBƏR, MƏDƏNİYYƏT
16-09-2019, 15:52

Bakının 1918-ci ildə işğaldan azad olunması münasibətilə Ankarada möhtəşəm konsert

Bakının 1918-ci ildə işğaldan azad olunması münasibətilə Ankarada möhtəşəm konsert

Bakının 1918-ci ildə bolşevik-daşnak işğalından azad edilməsinin 101-ci ildönümü münasibətilə Ankara şəhərində təntənəli mərasim keçirilib.

TRT-nin sədri İbrahim Eren çıxışında qeyd edib ki, Bakının azad edilməsinin ildönümlərinin rəhbərlik etdiyi qurumun təşkilatçılığı ilə qeyd edilməsi artıq ənənəyə çevrilib.

Qərbinfo.az xəbər verir ki, tədbirdə TRT-nin Azərbaycanın istiqlal şairi Əhməd Cavada həsr etdiyi filmin təqdimatı olub.

Daha sonra gecə, Azərbaycandan gələn incəsənət ustaları, eləcə də Türkiyədə yaşayıb-yaradan musiqiçilərimiz, həmçinin qardaş ölkənin nüfuzlu orkestrlərinin iştirakı ilə keçirilən zəngin konsert proqramı ilə davam edib.

Azərbaycanın korifey bəstəkarlarının əsərləri, eləcə də müasir bəstəkarlarımızın yaratdığı bir-birindən maraqlı əsərlər, tanınmış solistlərimizin mahir ifası tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Gecə Üzeyir Hacıbəylinin Əhməd Cavadın sözlərinə bəstələdiyi “Çırpınırdı Qara dəniz” əsərinin səslənməsi ilə yekunlaşıb.






Son Xəbər