XƏBƏR, İDMAN
16-09-2019, 12:54

Yarım marafonda yeni dünya rekordu vuruldu

Yarım marafonda yeni dünya rekordu vuruldu

Keniyalı qaçışçı Ceffri Kipsang Kopenhagendəki yarı marafonda (21,1 km) dünya rekordunu yeniləyib.

Qərbinfo.az-ın məlumatına görə, onun nəticəsi 58 dəqiqə 1 saniyə təşkil edib. Beynəlxalq Atletika Federasiyaları Birliyi (IAAF) hələ nəticəni təsdiqləməyib. Əvvəlki rekord həmyerlisi İbrahim Kiptuma (58 dəqiqə 18 saniyə) aid idi, o 28 oktyabr 2018-ci ildə İspaniya Valensiyasında bu rekorda imza atmışdır.

Qeyd edək ki, Kopenhagendə yarışmaq üçün Kipsang sentyabrın 27-dən oktyabrın 6-dək Dohada (Qətər) keçiriləcək Dünya Atletika Çempionatındakı çıxışından imtina etmək qərarına gəldi.






Son Xəbər