XƏBƏR, İDMAN
14-09-2019, 12:52

Azərbaycan güləşçiləri yarımfinala yüksəldilər

Azərbaycan güləşçiləri yarımfinala yüksəldilər

Bu gün Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı start götürüb.

Qərbinfo.az-ın məlumatına görə, ilk yarış günündə yunan-Roma güləşi üzrə 55, 63, 72 və 82 kq-da mübarizə baş tutur.

Eldəniz Əzizli ilk görüşdə hindistanlı rəqibinə vaxtından əvvəl qalib gəlib. Elman Muxtarov startda erməni rəqibinə uduzub.

Sənan Süleymanov debütdə Xorvatiya idmançısını üstələyib. Həmyerlimiz 1/8 finalda əzmkar qələbə qazanıb. Gürcüstan güləşçisiylə görüşdə 3:5 hesabıyla geridə olsa da, möhtəşəm geridönüş edib. Ancaq 1/4 finalda macar rəqibiylə bacarmayıb.

Rafiq Hüseynov təsnifat mərhələsində Moldova təmsilçisini məğlub edib. Ukrayna idmançısı da yığmamızın üzvünə müqavimət göstərə bilməyib. Təcrübəli pəhləvanımız 1/4 finalda yerli güləşçini də məyus edərək adını yarımfinala yazdırıb.

Həmçinin, Eldəniz Əzizli ilk görüşdə hindistanlı rəqibinə vaxtından əvvəl qalib gəlib. Dünya çempionu 1/4 finalda cəmi 1 dəqiqə 21 saniyəyə monqolustanlı həmkarını devirərək yarımfinala yüksəlib.






Son Xəbər