XƏBƏR, HƏRBİ
14-09-2019, 12:13

Azərbaycan ordusunun nümayəndələri Almaniyada təlimdə iştirak edir

Azərbaycan ordusunun nümayəndələri Almaniyada təlimdə iştirak edir

Azərbaycan Ordusunun hərbi qulluqçuları Almaniyanın “Hohenfels” təlim mərkəzində keçirilən “Saber Junction - 19” çoxmillətli briqada taktiki təlimində iştirak edirlər.

Müdafiə Nazirliyindən Qərbinfo.az-a verilən məlumata görə, hərbi təlimdə fəaliyyətlərlə bağlı tapşırıqlar dəqiqləşdirilir və təlimin şəxsi heyətinin təlimatlandırılması icra olunur.

Qeyd edək ki, təlimə Azərbaycan Ordusunun nümayəndələri ilə yanaşı, NATO-nun üzv və tərəfdaş ölkələrinin ordularından 2000-dək hərbi qulluqçu cəlb olunub.






Son Xəbər