XƏBƏR, HƏRBİ
14-09-2019, 11:11

Əfqanıstan hərbçiləri Tacikistanla sərhəddi taliblərdən təmizləyiblər

Əfqanıstan hərbçiləri Tacikistanla sərhəddi taliblərdən təmizləyiblər

Əfqanıstanın xüsusi təyinatlı hərbçiləri Tahar əyalətinin Yangi-Kala qəzasını "Taliban" radikal hərəkatının üzvlərindən təmizləyiblər.

Qərbinfo.az-ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Əfqanıstanın Müdafiə Nazirliyinin "Twitter" səhifəsində paylaşılan bəyanatda deyilir.

Bəyanatda bildirilir: "Xüsusi əməliyyatlar korpusunun kommandos qüvvələrinin əməliyyatı nəticəsində Tahar əyalətinin Yangi-Kala qəzası taliblərdən təmizlənib".

Qeyd edək ki, Tahar əyalətinin Yangi-Kala qəzası Tacikistanla sərhəddə yerləşir.






Son Xəbər