XƏBƏR, SOSİAL
13-09-2019, 19:50

ATAA-nın Dünya Turizm Təşkilatına assosiativ üzvlüyə namizədliyi qəbul edilib

ATAA-nın Dünya Turizm Təşkilatına assosiativ üzvlüyə namizədliyi qəbul edilib

Sentyabrın 12-də Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən BMT-nin Dünya Turizm Təşkilatının Baş Assambleyasının 23-cü sessiyasında Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının təşkilata assosiativ üzvlüyə namizədliyi qəbul edilib.

Qərbinfo.az xəbər ki, sessiyanın gündəliyində turizmin təhsildə və yeni iş yerlərinin açılmasında rolu, beynəlxalq turizmi davamlı etməkdə innovasiya və sahibkarlığın əhəmiyyəti kimi mövzular müzakirə olunub.

65 turizm naziri və nazir müavini, 31 dövlət katibi, 1100-dən çox şəxsin iştirak etdiyi təşkilatın budəfəki sessiyasında Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti də iştirak edib.

Məlumat üçün bildirək ki, bu ilin iyun ayında yaradılan Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının əsas fəaliyyət istiqaməti turizm agentliklərinin vahid platformanı formalaşdırmaq, turizm məhsullarının və göstərilən turizm xidmətlərinin keyfiyyətini yüksəltmək, eyni zamanda, ölkədə gəlmə və getmə turizminin inkişaf etdirilməsi üçün vahid sistemin yaradılmasını təşkil etməkdir.






Son Xəbər