XƏBƏR, SOSİAL
13-09-2019, 19:07

Yüksək texniki peşə təhsili alan tələbələrə subbakalavr dərəcəsi veriləcək

Yüksək texniki peşə təhsili alan tələbələrə subbakalavr dərəcəsi veriləcək

Yüksək texniki peşə təhsili alan tələbələrə subbakalavr dərəcəsi veriləcək.

Bunu Qərbinfo.az-a açıqlamasında Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin Peşəyönümü və işəgötürənlərlə əməkdaşlıq şöbəsinin müdiri Zamin Bədirxanov deyib.

O bildirib ki, bununla əlaqədar hüquqi bazanın yaradılması istiqamətində işlər aparılır.

Xatırladaq ki, “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununda peşə təhsilinin səviyyəsi ilkin, texniki və yüksək texniki peşə təhsili pillələrinə bölünür.






Son Xəbər