XƏBƏR, SOSİAL
13-09-2019, 11:39

İşsizlik Azərbaycanda çox azalıb

İşsizlik Azərbaycanda çox azalıb

Azərbaycanda işsizlik səviyyəsi 40-45 faizdən 14 faizədək azalıb.

Qərbinfo.az-ın məlumatına görə, bunu Milli Məclisin Sahibkarlıq, iqtisadi siyasət və sənaye komitəsinin sədri Ziyad Səmədzadə “Kölgə iqtisadiyyatı ilə mübarizə iqtisadiyyatın inkişafının vacib amili kimi” adlı konfrans zamanı deyib.

O bildirib ki, Azərbaycan bu gün müxtəlif irimiqyaslı layihələr keçirir, borc alan ölkədən digər ölkələrə borc verən ölkəyə çevrilib.

Z.Səmədzadənin sözlərinə görə, Azərbaycan bu gün 150 aparıcı ölkə xarici ticarət münasibətlərini dəstəkləyir.

O əlavə edib ki, ölkədə yoxsulluq səviyyəsi 80 faizdən 5-6 faizədək azalıb.






Son Xəbər