XƏBƏR, HADİSƏ
12-09-2019, 15:55

Türkiyədə terror aktının qarşısı alınıb

Türkiyədə terror aktının qarşısı alınıb

Türkiyənin cənub-şərqindəki Mardin vilayətində keçirilən xüsusi əməliyyat zamanı iki PKK terrorçusu saxlanılıb. Qərbinfo.az-ın məlumatına görə, saxlanan şəxslər bəzi rayonlarda terror aktları həyata keçirməyi planlaşdırırdı.

Aparılan sorğu-sual zamanı məlum olub ki, onlar İraqın şimalında PKK düşərgələrində təlim keçib.

Əməliyyatın digər təfərrüatları barədə məlumat verilməyib.






Son Xəbər