XƏBƏR, MƏDƏNİYYƏT
12-09-2019, 09:00

Şəmkirdə “Din və ideoloji təhlükəsizlik” mövzusu ətrafında dövlət rəsmiləri və ictimaiyyət üzvləri bir araya gəldi

Şəmkirdə “Din və ideoloji təhlükəsizlik” mövzusu ətrafında dövlət rəsmiləri və ictimaiyyət üzvləri bir araya gəldi

Azərbaycan Respublikası müxtəlif mənəvi dəyərlərin təşəkkül tapdığı və qarşılıqlı harmonik şəraitdə inkişaf etdiyi dünya mədəniyyətinin bariz nümunələrindəndir. Tarixin lap qədim dövürlərindən başlayaraq ölkəmizin ərazisində çoxsaylı dini dünyagörüşünə malik etnoslar məskunlaşmışdır. Müstəqillik əldə edildikdən sonra, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə gəlişi ilə insani dəyərlər və əxlaqa, hümanizm dəyərlərinə söykənən bütün ideologiyaların, əqidələrin, informasiyaların və eləcə də, din və dini təriqətlərin təbliğinə, yayılmasına hər cür şərait yaradıldı. Sözügedən mövzu bəşəriyyət üçün olduqca aktualdır. Çünki, təsadüfi deyil ki, ideoloji, dini və mənəvi dəyərlərin toqquşması səbəbindən dünyada milyonlarla insanın qanı axıdılmışdır. Məhz, bu zəmində Azərbaycan dövləti bu məsələni dövlət siyasəti səviyyəsinə yüksəltmiş, hüquqi tənizmləmə mexanizmləri işləyib hazırlayır və bu sahədə təhlükəsizliyin maksimum təminatı sahəsində intensiv fəaliyyət göstərir. Mövzunun aktuallığını nəzərə alaraq, Şəmkir şəhər Heydər Əliyev Mərkəzində sentyabrın 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Şəmkir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Din və ideoloji təhlükəsizlik” mövzusunda seminar-müşavirə keçirilib.

Şəmkir şəhər Heydər Əliyev Mərkəzində keçirilən seminar-müşavirədə DQİDK-nın sədr müavini Səyavuş Heydərov, Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Şəmkir, Tovuz, Qazax, Ağstafa və Gədəbəy rayonlarının icra və hüquq-mühafizə orqanlarının səlahiyyətli nümayəndələri, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbər şəxsləri iştirak ediblər.
Tədbirin əvvəlində DQİDK-nın tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi əsasında çəkilmiş “Heydər Əliyev: dəyərlərimizin xilaskarı” adlı sənədli film nümayiş olunub.
Seminar - müşavirədə din sahəsində mövcud olan problemlər, dini radikalizmə və ekstremizmə qarşı mübarizə sahəsində görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub.

Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov çıxışında ölkəmizdə formalaşan nümunəvi dövlət-din münasibətlərinin, dini sahədə sabitliyə nail olunmasının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu deyib. Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini qeyd edən RİH başçısı ölkəmizdə dini etiqad azadlığının təmin olunması üçün davamlı tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. Milli-mənəvi dəyərlərin təbliği, tolerant və multikultural prinsiplərinin təşviqi, dini maarifçilik işinin aparılması, dini radikalizmlə mübarizə sahəsində görülən işlərin önəminə toxunan A.Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirib.
Tədbirdə çıxış edən DQİDK-nın sədr müavini Səyavuş Heydərov bildirib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Şəmkir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Din və ideoloji təhlükəsizlik” mövzusunda keçirilən seminar-müşavirə maarifləndirici xarakterli olmaqla, respublikamızın bütün bölgələrində təşkil olunur. Seminar-müşavirənin keçirilməsində məqsəd dünyadakı beynəlxalq təhlükəsizlik üçün ciddi təhdidə çevrilmiş dini radikalizm, eksterimizm, terrorizmin mahiyyəti və yaranma səbəbləri, həmçinin ona qarşı həyata keçirilmiş mübarizənin hüquqi əsasları haqqında məlumat verməkdir.

Qeyd edilib ki, müasir dünyada aparıcı güc mərkəzləri özlərinin geosiyasi və geoiqtisadi maraqlarını təmin etmək üçün din, etiqad azadlığı və insan hüquqları anlayışından geniş istifadə edirlər. Beləliklə, din özünün əsas missiyasından uzaqlaşdırılaraq daha təhlükəli anlayışa çevrilir.
Səyavuş Heydərov Aşura mərasimləri ərəfəsində bölgələrdə keçirilmiş qanvermə aksiyalarını unikal nümunə kimi dəyərləndirib. Vurğulanıb ki, məhz bu cür təşəbbüslər İslam dininin ümumi fəlsəfəsini, onun humanist prinsiplərini əks etdirən ənənəyə çevrilib.
Qeyd olunub ki, Azərbaycanın əldə etdiyi bütün nailiyyətlər ermənipərəst dairələr tərəfindən ölkəmizə qarşı həm siyasi, həm də dini - ideoloji təhdidlərlə müşayiət olunur.

Seminar-müşavirədə Daxili İşlər nazirliyinin nümayəndəsi Oktay Tağıyev və Baş Prokurorluğun nümayəndəsi Bəhruz Kərimov dövlət-din münasibətlərinin tənzimlənməsində mövcud qanunvericiliyin tələbləri, hüquq mühafizə orqanları əməkdaşlarının vəzifələri, həmçinin ölkəmizdə dini radikalizmin, eksterimizmin və terrorizmin qarşısının alınmasında həyata keçirilmiş işlər haqqında məlumat veriblər.
Sonda seminar-müşavirə iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Şəmkirdə “Din və ideoloji təhlükəsizlik” mövzusu ətrafında dövlət rəsmiləri və ictimaiyyət üzvləri bir araya gəldi
Şəmkirdə “Din və ideoloji təhlükəsizlik” mövzusu ətrafında dövlət rəsmiləri və ictimaiyyət üzvləri bir araya gəldi
Şəmkirdə “Din və ideoloji təhlükəsizlik” mövzusu ətrafında dövlət rəsmiləri və ictimaiyyət üzvləri bir araya gəldi
Şəmkirdə “Din və ideoloji təhlükəsizlik” mövzusu ətrafında dövlət rəsmiləri və ictimaiyyət üzvləri bir araya gəldi
Şəmkirdə “Din və ideoloji təhlükəsizlik” mövzusu ətrafında dövlət rəsmiləri və ictimaiyyət üzvləri bir araya gəldi






Son Xəbər