XƏBƏR, İDMAN
11-09-2019, 17:56

Kiyevdə amputasiyalı müharibə veteranlarından ibarət heyətdə minifutbol üzrə Ukrayna və Azərbaycan komandaları qarşılaşacaq

Kiyevdə amputasiyalı müharibə veteranlarından ibarət heyətdə minifutbol üzrə Ukrayna və Azərbaycan komandaları qarşılaşacaq

Bu gün Kiyevdə amputasiyalı müharibə veteranlarından ibarət minifutbol üzrə Ukrayna və Azərbaycan komandaları arasında beynəlxalq yoldaşlıq görüşü keçiriləcək.

Qərbinfo.az Ukrayna Prezidentinin ofisinə istinadla bildirir ki, yarışlar Ukrayna müdafiəçilərinin idman vasitəsilə reabilitasiya proqramı çərçivəsində, Ukrayna Prezidentinin döyüş əməliyyatları iştirakçılarının reabilitasiya məsələləri üzrə müvəkkili Vadim Sviridenkonun təşəbbüsü ilə keçirilir.

Ukrayna Müdafiəçilərinin İdman Reabilitasiyası Milli Şurası, Ukrayna Futbol Assosiasiyası, Kiyev Şəhər Antiterror Əməliyyatlarının İştirakçılarına Yardım Mərkəzi və Ümumukrayna Müharibə, Silahlı Qüvvələr və Hərbi Döyüş Əməliyyatları İştirakçıları Təşkilatı tədbirin təşkilatçıları qismində çıxış edir.

Oyun Ukrayna Futbol Federasiyasının V.Bannikov adına təlim-məşq kompleksində keçiriləcək.






Son Xəbər