XƏBƏR, SOSİAL
11-09-2019, 10:02

Dəllər-Cırdaxan kəndinin sakinləri üçün bu gün vətəndaş qəbulu keçiriləcək

Dəllər-Cırdaxan kəndinin sakinləri üçün bu gün vətəndaş qəbulu keçiriləcək

Dövlət başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq, vətəndaş məmnunluğunun maksimum dərəcədə təmin edilməsi məqsədilə, rəhbər vəzifəli şəxslər tərəfindən vətəndaşların yaşadığı yerlərə səfərlər təşkil edilir, onların şikayət və təklifləri yerindəcə dinlənilib icraçı şəxslər və qurumlara aidiyyəti üzrə tapşırıqlar verilir. Sözügedən dəsti-xəttə sadiq qalan və xüsusi istək, məsuliyyətlə yanaşan Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov bu işin məntiqi davamı olaraq, bu gün saat 12:00-da Dəllər Cırdaxan kəndində sakinləri qəbul edəcək.

Qəbul zamanı vətəndaşların şikayət və təklifləri fərdi qaydada dinləniləcək, Şəmkir Rayon İcra Hakimiyyətinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar müvafiq tədbirlər görüləcək.
Səyyar görüş müddətində öz şikayət və təkliflərini bildirmək üçün gələn sakinlər də qəbul olunacaq.
Vətəndaşlar qəbula yazılmış şəxslərin tərtib edilmiş siyahısı əsasında fərdi şəkildə qəbul ediləcəklər.
QEYD: Vətəndaşların qəbulu tərtib olunmuş qrafikə uyğun olaraq Şəmkir rayonunun bütün qəsəbə və kəndlərində keçiriləcəkdir.






Son Xəbər