XƏBƏR, SOSİAL
11-09-2019, 09:49

Şəhidlərimizin xatirəsi əbədiləşdirilir

Şəhidlərimizin xatirəsi əbədiləşdirilir

Düyərli kəndində şəhidlərimizin xatirəsinə

Torpaqlarımızın bütövlüyü , Vətənimizin azadlığı uğrunda canlarından keçən qəhrəman oğulların adı bizim and yerimizdir. Vətən uğrunda şəhid olanlar əbədiyyətə qovuşsalar da, xatirələrdə yaşayaraq, tarixə çevrilirlər. Qarabağ döyüşlərində həlak olan Şəmkirlilərin xatirəsi hər birimiz üçün əzizdir. Onların adını, qəhrəmanlıqlarını həmişə hiss edirik.

Şəhərlər , qəsəbələr, eləcə də kəndlər insanlar kimi müxtəlif cür tanınır, şöhrət tapır və ictimaiyyət tərəfindən sevilərək, dillər əzbəri olur. Əraziyə o şöhrəti gətirən isə, həmin torpağın mərd, mübariz övladlarıdır.

Şəmkirin Düyərli kəndi də belə adı əbədi olaraq yaddaşlara həkk olan kəndlərimizdəndir. Bu günlərdə Şəmkir Rayon İcra Hakimiyyətinin göstərişinə əsasən, Düyərli kəndində küçələrə şəhidlərin adı verilməklə, müvafiq olaraq, Düyərli bələdiyyəsi tərəfindən küçələrə xatirə lövhələri asılmışdır. Bu iş kənd sakinləri tərəfindən dövlətimizin diqqət və qayğısı kimi dəyərləndirilmişdir. Ümumiyyətlə, rayonumuzda aparılan tikinti, təmir işləri ilə yanaşı, əhalinin sosial rifah halının yaxşılaşdırılması, habelə şəhid ailələrinə də maddi və mənəvi dəstək İcra başçısı cənab Alimpaşa Məmmədovun fəaliyyətinin əsas istiqamətlərindəndir. Onuda qeyd edək ki, Düyərli bələdiyyəsi şəhid ailələrini heç zaman unutmur, diqqət və qayğısını çəkir.

Arzu edək ki, torpaqlarımız işğaldan azad olunsun, qaçqınlarımız, öz yurd yuvasından didərgin düşmüş məcburi köçkünlərimiz dədə-baba torpaqlarına qayıtsınlar. Doğma Qarabağımızda da şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün kənd və qəsəbələrdə bu cür tədbirlər həyata keçirək.


Şəhidlərimizin xatirəsi əbədiləşdirilir
Şəhidlərimizin xatirəsi əbədiləşdirilir
Şəhidlərimizin xatirəsi əbədiləşdirilir
Şəhidlərimizin xatirəsi əbədiləşdirilir
Şəhidlərimizin xatirəsi əbədiləşdirilir






Son Xəbər