XƏBƏR, SİYASƏT
10-09-2019, 17:14

Facebookda yaşayan Ermənistan hakimiyyəti

Facebookda yaşayan Ermənistan hakimiyyətiErmənistanın İdarəetmə sistemi Facebook-da yaşayır.

Qərbinfo.az xəbər verir ki, Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə "Qraparak" qəzetində yazı dərc edilib.

Qəzet yazır ki, bu gün Ermənistanın bütün idarəetmə sistemi Facebook-da "oturub" və baş nazir, nazirlər, parlamentin sədri, həmçinin vitse-spikerləri Facebook-da yaşayırlar. Yazıda əlavə olunur ki, bununla yanaşı sosial şəbəkədə reytinq monitorinqi hesablamaları da aparılır və birbaşa baş nazirə təqdim olunur.

Yazıda hazırda reytinq cədvəlində ilk yerləri Artur Vanetsyanın, David Tonoyanın və Valeri Osipyanın tutduğu qeyd olunur. Həmçinin qeyd olunur ki, həmin cədvəl üzrə son üçlükdə ağır işlə məşğul olanlar, bütün polis sistemi - dostları, qohumları və yaxınları qərarlaşır və onlar da Facebookda əsasən, polisi və şəxsən polis rəisini reklam etməklə, “mənfi" şərhlərə "cavab verərək reytinq sorğularında iştirak etməklə" məşğuldurlar.






Son Xəbər