XƏBƏR, SİYASƏT
10-09-2019, 14:53

Tbilisidə keçirilən beynəlxalq konfransda regionda həyata keçirilən irimiqyaslı layihələrdən danışılıb

Tbilisidə keçirilən beynəlxalq konfransda regionda həyata keçirilən irimiqyaslı layihələrdən danışılıb

Gürcüstanın paytaxtı Tbilisidə “İndi nə?” adlı beşinci beynəlxalq konfrans sentyabrın 10-da işini davam etdirib.

Qərbinfo.az xəbər verir ki, konfransda əsas müzakirə mövzularından biri "Türkiyə və qonşuları" olub.

Atlantik Şuranın siyasi şərhçisi, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun sabiq həmsədri Mətyu Brayzə, Avropa Parlamentinin üzvü Mariet Skaake, Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazgan və başqaları çıxış edərək Türkiyə, Gürcüstan və Azərbaycanın birgə həyata keçirdikləri enerji, nəqliyyat və logistik layihələr barədə danışıblar.

Çıxışlar zamanı bu layihələrin təkcə region üçün deyil, Avropa və dünyanın digər ölkələri üçün mühüm əhəmiyyəti qeyd olunub.






Son Xəbər