XƏBƏR, SOSİAL
10-09-2019, 09:30

Şəmkir şəhər 3 saylı körpələr evi-uşaq baxçasının fidanları ekskursiyada olublar

Şəmkir şəhər 3 saylı körpələr evi-uşaq baxçasının fidanları ekskursiyada olublar

Son illər Mehriban xanım Əliyevanın körpələrin düzgün və sağlam təlim-tərbiyəsi, onların mental və fiziki sağlamlığına dövlət qayğısının artırılması məqsədilə həyata keçiridiyi işlər çox geniş miqyasa malikdir. Bu işlərin məntiqi nəticəsi olaraq, uşaqlar və körpələrin tərbiyyəsi ilə məşğul olan müəssisələr də fəaliyyət formatını zəngiləşdirərək yeni keyfiyyət mərhələsinə daxil olmuşlar, təlim-tərbiyyənin səviyyəsi və məzmunu dünya standartlarına çatdırılmışdır. Uşaq və körpələrin təlim-tərbiyyəsi rayon ictimaiyyətinin və Şəmkir Rayon İcra Hakimiyyətinin xüsusi nəzarətindədir və inkişafı üçün bütün zəruri işlər qurum tərəfindən təmin edilir.

Bu dəfə ki, xəbərimizin qəhrəmanları Şəmkir şəhər 3 saylı körpələr evi-uşaq baxçasının sevimliləridir. Onlar Şəmkir Gənclər Mərkəzinə ekskursiya edərək oradakı gənclərin əl işləri, uşaq ədəbiyyatının maraqlı nümunələri ilə tanış olublar.

Ekskursiyanın təşkilində məqsəd, uşaqları kitabxana ilə tanış etmək, kitabxanada davranış qaydalarını öyrətmək, qiraiyyətə və incəsənət əsərlərinə sevgi, həvəs hisslərini aşılamaq olub.

Şəmkir şəhər 3 saylı körpələr evi-uşaq baxçasının tərbiyyəçi-pedaqoq heyətinə və sevimli balalarına uğurlar, sağlamlıq və gözəl gələcək arzu edirik!

Son Xəbər