XƏBƏR, İQTİSADİYYAT
9-09-2019, 16:47

Bitki karantini üzrə Avropa və Aralıq Dənizi Təşkilatının regional tədbiri gələn il Bakıda keçiriləcək

Bitki karantini üzrə Avropa və Aralıq Dənizi Təşkilatının regional tədbiri gələn il Bakıda keçiriləcək

Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri Moldovanın paytaxtı Kişineu şəhərində keçirilən Mərkəzi və Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin, o cümlədən bitki karantini üzrə Avropa və Aralıq Dənizi Təşkilatının (EPPO) ekspert qrupunun iclasından qayıdıblar.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Qərbinfo.az[center]-a verilən məlumata görə, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Beynəlxalq Bitki Mühafizəsi Təşkilatının dəstəyi ilə keçirilən tədbirdə ümumilikdə 27 ölkədən 45 nümayəndə iştirak edib.

Tədbirdə iştirakçı ölkələrin hər biri üzrə milli bitki mühafizəsi təşkilatlarının vəzifə öhdəlikləri və səlahiyyətləri, fitosanitar vəziyyəti, beynəlxalq daşımalar zamanı fitosanitar tələblərə əməl olunması, fitosanitar tədbirlər üzrə 5, 8, 15, 38, 42 nömrəli beynəlxalq standartların müasir tələblərə uyğunlaşdırılması, yeni standartların və metodikaların hazırlanması məsələləri müzakirə olunub.

İclasın sonunda növbəti regional tədbirin gələn il sentyabrın 1-dən 5-dək Bakıda keçirilməsi qərara alınıb.






Son Xəbər