XƏBƏR, İQTİSADİYYAT
9-09-2019, 15:04

Kreditləşmə və kreditə əlçatanlıq təkmilləşdirilir

Kreditləşmə və kreditə əlçatanlıq təkmilləşdirilir

Ölkədə kreditləşmə və kreditə əlçatanlıq təkmilləşdirilir.

Azərbaycan Banklar Assosiasiyasından (ABA) Qərbinfo.az-a bildirilib ki, qurumun bankların kreditləşmə istiqamətindəki rəhbər şəxslərinin üzv olduğu “Kredit işi” Ekspert Qrupunun növbəti iclası keçirilib. İclasda kreditləşmənin və kreditə əlçatanlığın təkmilləşdirilməsi məqsədilə banklardan toplanılan təkliflərə yenidən baxılıb, bu istiqamətdə fikir mübadiləsi aparılıb. Sonda məsələ ilə bağlı müzakirələrin davam etdirilməsi qərara alınıb.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.






Son Xəbər