XƏBƏR, SİYASƏT
9-09-2019, 14:21

Xorvatiyalı parlamentarilər şəhidlərimizin ziyartəində olublar

Xorvatiyalı parlamentarilər şəhidlərimizin ziyartəində olublar

Azərbaycanda səfərdə olan Xorvatiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun nümayəndə heyəti sentyabrın 9-da Şəhidlər xiyabanına gedərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə tər güllər düzüblər.

Qərbinfo.az xəbər verir ki, sonra Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən nümayəndə heyətinin üzvlərinə Şəhidlər xiyabanının tarixi və paytaxtımızda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.






Son Xəbər