XƏBƏR, HADİSƏ
7-09-2019, 10:12

Şəmkirdə avtomobil yolunda bədbəxt hadisə

Şəmkirdə avtomobil yolunda bədbəxt hadisə

Şəmkirin Sarıtəpə kəndi ərazisində avtobusla yük avtomobili toqquşub.

Səhiýyə Nazirliyindən Qərbinfo.az-a verilən məlumata görə, hadisə nəticəsində bir nəfər aldığı xəsarətlərdən dünyasını dəyişib:

"15 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəmkir MRX-ya çatdırılıb. Səhər saat 8:20-də baş həkimin verdiyi məlumata əsasən xəstəxanada 2 kişi və 4 qadın qalıb. Kişilərdən biri komadadır, vəziyyəti kritikdir".






Son Xəbər