XƏBƏR, SİYASƏT
5-09-2019, 16:23

Respublika üzrə Gənclərin İnkişafı və Karyera Mərkəzinin rəhbərləri bir araya gəldilər

4 sentyabr, 2019-cu il tarixində Bakı şəhərində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun mərkəzi ofisində Gənclərin İnkişaf və Karyera Mərkəzinin paytaxt və regional nümayəndəlikləri ilə ümumi təlimat xarekterli görüş keçirilib.
Görüşdə Şəmkir rayonu Gənclərin İnkişafı və Karyera Mərkəzinin direktoru Kənan İbrahimovun da iştirak etdiyi tədbirdə bir araya gəlmiş nümayəndələrə mərkəzlərin fəaliyyətinin daha da mütəşəkkil və innovativ tərzdə təşkili məqsədilə cari fəaliyyətin təhlili, əvvəlki aylar üzrə fəaliyyət planlarının icrası vəziyyəti, mövcud cari problemlərin xəritəsinin hazırlanması, SWOT təhlilin aparılması, Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin nümayəndəlikləri arasında təcrübənin bölüşülməsi və digər məsələlərə dair təlimatlar və tapşırıqlar verilib, qarşılıqlı fikir mübadiləsi həyata keçirilib.

Son Xəbər