XƏBƏR, HADİSƏ
5-09-2019, 14:52

Kabil növbəti partlayışla silkələndi

Kabil növbəti partlayışla silkələndi
Əfqanıstanın paytaxtı Kabildə səhər saatlarında güclü partlayış baş verib. Qərbinfo.az-ın məlumatına görə, partlayış paytaxtın səfirlik və dövlət idarələri yerləşən mərkəzi rayonu - Şaş-Darakda qeydə alınıb. Məlumata görə, NATO-nun qərargah-mənzili, ABŞ-ın səfirliyi də bu rayonda yerləşir.

Daxili İşlər Nazirliyinin rəsmisi Nəsrət Rəhimi faktı təsdiqləyərək, insident nəticəsində 13 nəfərin müxtəlif dərəcəli xəsarətlər aldığını bildirib. Yaralılar xəstəxanaya yerləşdirilib.

Partlayışla bağlı məsuliyyəti hələ heç bir radikal qruplaşma öz üzərinə götürməyib. Partlayışın hansı şəraitdə və səbəbdən baş verməsi məlum deyil, insidentlə bağlı başqa təfərrüatlar açıqlanmır.






Son Xəbər