XƏBƏR, DÜNYA
3-09-2019, 13:04

Yaxın Şərq regionu növbəti partlayışla üz-üzə-Livanla İsrail arasında münasibətlər qəfil pisləşdi

Yaxın Şərq regionu növbəti partlayışla üz-üzə-Livanla İsrail arasında münasibətlər qəfil pisləşdi

Livanla İsrail arasında münasibətlər qəfil pisləşib.

Qərbinfo.az xəbər verir ki, İsrail ordusunun məlumatına görə, hərbi bazalar və avtomobillər Livan ərazisindən tank əleyhinə raketlərlə atəşə tutulub. Cavabında İsrail Livanın cənub ərazilərinə raket zərbələri endirib. Tələfat barədə məlumat verilmir. Livanın “Hizbullah” təşkilatının nümayəndələri isə bəyan edib ki, İsrailin şimalındakı “Avivim” hərbi bazasının atəşə tutulması nəticəsində ölən və yaralananlar var. Artilleriya zərbələrindən sonra İsrail ordusu sərhəd boyu ərazilərdə yaşayan sakinlərə sığınacaqlarda gizlənməyi məsləhət görüb.






Son Xəbər