XƏBƏR, SİYASƏT
3-09-2019, 11:04

İnsan haqları Ermənistanda kobud şəkildə pozulur

İnsan haqları Ermənistanda kobud şəkildə pozulur
Ermənistanın Apelyasiya Məhkəməsi Robert və Sedrak Koçaryanın hüquqlarının pozulduğunu təsdiqləyib. Qərbinfo.az Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu gün hakim Mnasakanyanın sədrliyi ilə keçirilən Ermənistan Cinayət Apelyasiya Məhkəməsi, Baş Prokurorluğun Xüsusi İstintaq Xidməti sədrinin ifadəsini təqsirsizlik prezumpsiyasının pozuntusu kimi qəbul edən ilk instansiya məhkəməsinin qərarından şikayətini rədd edib. Məlumata görə bu barədə Ermənistanın ikinci prezidentinin vəkillər qrupu xəbər verib.

Xatırladırıq ki, bundan əvvəl Xüsusi İstintaq Xidmətinin sədri Sasun Xaçatryan Robert Koçaryana qarşı konstitusiya quruluşunu devirmək ittihamını təsdiqlənmişdi. Birinci instansiya məhkəməsi bununla da Robert Koçaryanın təqsirsizlik prezumpsiyasını pozduğunu etiraf edib.

Bundan əlavə, hakim Mxitaryanın sədrliyi ilə keçirilən Ermənistan Cinayət Apelyasiya Məhkəməsi bu gün Baş Prokurorluq tərəfindən Robert Köçəryanın oğlu Sedrak Koçaryanın təqsirsizlik prezumpsiyasının pozulduğunu təsdiqləyən daha bir iddiasını rədd edib.

Onu da xatırladaq ki, əvvəllər Milli Təhlükəsizlik Xidmətinin istintaq idarəsi Sedrak Koçaryanın cinayətlər törətdiyi barədə mesaj yaymışdı.

İrəvanın ümumi yurisdiksiya məhkəməsi Sedrak Koçaryanın vəkillərinin şikayətini təmin edərək, bunu təqsirsizlik prezumpsiyasının pozuntusu kimi qəbul edib.

Göründüyü kimi, müxtəlif məhkəmə instansiyaları biri-birinin iddiasını, qərarını rədd edir və bu da təsdiq edir ki, Ermənistanda hüquqlar kobud şəkildə pozulur. Hətta hüquq mühafizə orqanları özləri də vətəndaşların hüquqlarının pozulduğunu açıq şəkildə etiraf edirlər.






Son Xəbər