XƏBƏR, SOSİAL
31-08-2019, 11:28

Şəmkirli gənclərin uğurları - Gömrük Akademiyasının tələbəsi Orxan Yusifov

Şəmkirli gənclərin uğurları - Gömrük Akademiyasının tələbəsi  Orxan Yusifov

Bildiyiniz kimi Qərbinfo.az onlin xəbər saytı uğur qazanmış şəmkirli gənclər haqqında araşdırma aparır. Qeyd edək ki, layihəmiz çərçivəsində apardığımız araşdırmaların nəticəsi olaraq bir neçə gəncimiz haqqında sizlərə məlumat vermişik. Layihəmizin bugünki qonağı isə Dövlət Gömrük Akademiyasının III kurs tələbəsi Orxan Yusifovdur.

Orxan Yusifov Şəmkir rayon Qaracəmrli kənd A.Əsədov adına tam orta məktəbin məzunu olub. Hal-hazırda Akademiyanın Gömrük işi fakültəsinin III kursunda İqtisadiyyat ixtisası üzrə təhsil alır.

Eyni zamanda, akademiyanın Tələbə Gənclər Təşkilatının sədridir.

Orxanın ədəbiyyata olan böyük marağı onun bu sahədə bacarıqlı olmasına da çox böyük təsir edib. Beləki, O, oxuduğu universitetin himnini yazıb.

Orxan haqqında apardığımız araşdırma nəticəsi olaraq, onun 19 il ərzində əldə etdiyi digər nailiyyətləri sizlərə təqdim edirik:

2015-ci ildə Gənclər Mərkəzi tərəfindən rayon üzrə “ İlin Fəal Gənci” Fəxri adı ilə təltif olunub.

2016-cı ildə "Ölkəmizi Tanıyaq" turu çərçivəsində Şəmkir komandasında iştirak etməklə İntellektual yarışda birinci yeri tutub.

2017-ci ildə Milli Məclisdə region gənclərini təmsil edib.

2017-ci ildə Orta məktəbi fərqlənmə attestatı ilə bitirib.

2018-ci ildə ATGTİ-nin 10-cu Yubiley Qış Liderlik Məktəbinin məzunu olub.

2018-2019-cu illərdə ATGTİ-də könüllü və İşçi qruplarla iş departamentinin direktorunun müavini kimi fəaliyyət göstərib.

2019-cu ildə Azərbaycanda ilk dəfə keçirilən ən böyük gənclər festivalı olan Yay Fest-də qrup rəhbəri kimi iştirak edib.

29 may 2019-cu il tarixindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının Tələbə Gənclər Təşkilatının sədridir.






Son Xəbər