XƏBƏR, DÜNYA
31-08-2019, 10:54

“Taliban” silahlıları Kunduz şəhərinə hücum ediblər

“Taliban” silahlıları Kunduz şəhərinə hücum ediblər

Əfqanıstanda “Taliban” silahlıları ilə hökumət qüvvələri arasında döyüşlər davam edir.

Qərbinfo.az "TolonNews" saytına istinadla xəbər verir ki, avqustun 31-də Kunduz şəhərində tərəflər arasında qızğın döyüşlər başlayıb. “Taliban” Əfqanıstanın şimal-şərqində yerləşən bu şəhərə bir çox istiqamətdən hücuma keçib.

Kunduz Şəhər Şurasının üzvləri bildiriblər ki, hökumət qüvvələri kömək üçün əyalət hakimiyyətinə müraciət ediblər. Əfqanıstan Prezidentinin sözçüsü Sediq Siddiqi isə bildirib ki, dinc əhalini “Taliban” silahlılarının hücumundan qorumaq üçün tədbirlər görülür. Qeyd olunub ki, bu, son dörd ildə Kunduz şəhərinə üçüncü silahlı hücumdur. 2015-ci ildə bu yaşayış məntəqəsi “Taliban”ın nəzarətinə keçmişdi.

Silahlı hücumların davam etdiyi bir şəraitdə isə Qətərin paytaxtı Dohada ABŞ nümayəndələri ilə “Taliban” liderləri arasında 18 illik müharibəyə son qoyulmasına dair danışıqlar gedir.






Son Xəbər