XƏBƏR, DÜNYA
31-08-2019, 09:28

Əfqanıstanda daha bir ABŞ hərbçisi həlak olub

Əfqanıstanda daha bir ABŞ hərbçisi həlak olub

Əfqanıstanda ABŞ hərbçisi həlak olub.

Qərbinfo.az "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə NATO-nun Əfqanıstanda həyata keçirdiyi "Qətiyyətli dəstək" əməliyyatının komandanlığından bildiriblər.

Komandanlığın məlumatında bildirilir ki, Pentaqonun qaydalarına əsasən həlak olan hərbçinin adı yalnız onların yaxınları məlumatlandırıldıqdan sonra açıqlanacaq.

Qeyd edilir ki, hərbçi "döyüş tapşırığını yerinə yetirərkən" öldürülüb.






Son Xəbər