XƏBƏR, DÜNYA
30-08-2019, 21:54

Vislada “ekoloji fəlakət”

Vislada “ekoloji fəlakət”
Polşanın Səhiyyə naziri Lukaş Şumovski çirkab sularının Vislaya axıdılması ilə bağlı yaranmış vəziyyəti “ekoloji fəlakət” adlandırıb.

Qərbinfo.az “Euronews”a istinadla xəbər verir ki, Ətraf Mühit naziri Henrık Kovalçikin məlumatına görə, Varşavanın təmizləmə qurğularından birində filtrasiya sisteminin zədələnməsi baş verib. Bu səbəbdən çirkab saniyədə 3 kubmetr, yaxud sutkada 260 min kubmetr sürətlə birbaşa çaya tökülür.

“Bizim məlumatımıza görə, Vislada oksigenin səviyyəsi olduqca aşağı düşüb ki, bu da çayda yaşayan canlılar üçün real təhlükə mənbəyidir”, - deyə Səhiyyə naziri Lukaş Şumovski bəyan edib.

Varşava ilə yanaşı, çirkab suları üzü axına tərəf aşağıda yerləşən digər şəhərlərə də çatır. “Böhran vəziyyəti göz qabağındadır. Biz Ploskadək çatan suyun çirklənmə spektrinin necə olmasını bilmirik. Lakin müasir texnologiyalarımız var və onlardan istifadə edəcəyik”, - deyə Plosk şəhərinin meri Anjey Novakovski bildirib.

İlkin dəyərləndirmələrə görə, qəzanın aradan qaldırılmasına bir neçə həftə tələb olunur. Varşavada böhran qərargahı yaradılıb. Polşanın baş sanitar müfəttişliyi Vislada çimməyi və Varşavadan Qdanskadək su idman növləri ilə məşğul olmağı qadağan edib. Bununla yanaşı, paytaxt meriyası su kəməri xəttində çirklənmənin baş vermədiyini hesab edir.

Hakimiyyət orqanları Vislanın çirkləndirilməsinin fəsadlarının aradan qaldırılması işlərinə ordunu cəlb etmək niyyətindədir.






Son Xəbər