XƏBƏR, SİYASƏT
30-08-2019, 16:58

Xarici İşlər Nazirliyi əsassız məlumatların yayılmasına münasibət bildirib

Xarici İşlər Nazirliyi əsassız məlumatların yayılmasına münasibət bildirib
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bəzi xarici media resurslarında İsrail dronlarının İraqa və İrana hücum edilməsi məqsədilə Azərbaycana gətirilməsi ilə bağlı əsassız məlumatların yayılmasına münasibət bildirib.

Qərbinfo.az xəbər verir ki, nazirliyin mətbuat katibinin açıqlamasında deyilir: “Təəssüflə qeyd etmək istərdik ki, bəzi xarici media resurslarında İsrail dronlarının İraqa və İrana hücum edilməsi məqsədilə Azərbaycana gətirilməsi ilə bağlı tamamilə əsassız məlumatlar tirajlanmaqda davam edir. Biz bu məlumatları qətiyyətlə rədd edirik. Bu məlumatların heç bir əsası yoxdur və dezinformasiya məqsədi daşıyır”.






Son Xəbər