XƏBƏR, MƏDƏNİYYƏT
30-08-2019, 17:22

Rəssamlıq Akademiyasında hazırlıq kursları sentyabrın 15-də başlanacaq

Rəssamlıq Akademiyasında hazırlıq kursları sentyabrın 15-də başlanacaqSentyabrın 15-dən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) yaradıcılıq emalatxanaları tərəfindən rəngkarlıq, qrafika, heykəltəraşlıq, memarlıq, dizayn, dekorativ-tətbiqi sənət ixtisaslarına qəbul olunmaq istəyən X sinif şagirdləri və abituriyentlər üçün yüksəkixtisaslı müəllimlərdən ibarət hazırlıq kursları təşkil olunacaq.

ADRA-dan Qərbinfo.az-a bildirilib ki, hazırlıq kurslarına qeydiyyat davam edir.

Kurslar qruplar üzrə ödənişli əsaslarla, həftədə iki dəfə aparılacaq.

Rəssamlıq Akademiyasında hazırlıq kursları sentyabrın 15-də başlanacaq






Son Xəbər