XƏBƏR, İQTİSADİYYAT
30-08-2019, 10:59

Topdan satış fəaliyyəti ilə məşğul olan müəssisənin vergi öhdəliyi

Topdan satış fəaliyyəti ilə məşğul olan müəssisənin vergi öhdəliyi

Müəssisə malların topdan satışı ilə məşğuldur və illik dövriyyəsi 100.000 manatdır. Sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi?

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən Qərbinfo.az-a bildirilib ki, Vergi Məcəlləsinin 2019-cu il yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, topdansatış ticarət fəaliyyəti qaydasında malların təqdim edilməsini həyata keçirən şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur.

Topdansatış qaydasında ticarət fəaliyyəti ilə məşğul olan müəssisə 2019-cu ilin yanvarından mənfəət vergisinin ödəyicisi kimi fəaliyyət göstərir.






Son Xəbər