XƏBƏR, MANŞET-SLAYDER
29-08-2019, 16:29

Qaracəmirli kənd sakinləri Prezident İlham Əliyevə minnətdarlıq ediblər - ŞƏMKİR

Qaracəmirli kənd sakinləri Prezident İlham Əliyevə minnətdarlıq ediblər - ŞƏMKİR

Qaracəmirli kənd sakinləri Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıq ediblər.

Qərbinfo.az xəbər verir ki, avqustun 29-da Şəmkir rayonun Qaracəmirli kəndində yeni salınmış, 60 abanenti əhatə edən, yaşayış masivvinə təbi qaz xətti çəkilib. Qeyd edək ki, bu hadisə sakinlərin həyatında əlamətdar gün kimi qeyd edilib.

Beləki, Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun və bir sıra dövlət nümayəndələrinin iştirak etdiyi açılış mərasimində sakinlər ölkə başçısının ünvanına xoş sözlər, xoş arzular səsləndiriblər.

Qaracəmirli kənd sakini İbrahimova Fatma Məhəmməd qızı öz minnətdarlıq hissini bizimlə bölüşərək bildirir: “Bu gün kəndimizin həyatında əsl bayram əhval-ruhiyyəsi yaşanır. Evlərimiz təbii qazla təchiz olunub. Buna görə çox sevincliyik. Mən bütün sakinlərimiz adından, bizə bu sevinc hissini yaşatdıqlarına görə cənab Prezidentimiz İlham Əliyevə və Birinci vitse-prezidentimiz Mehriban Əliyevaya dərin minnətdarlığımı bildirirəm."

Fatma İbrahimova sonra qeyd etdi ki, bizim həyatımızda baş verən bu əlamətdar hadisə dövlətimizin bizə-vətəndaşlarımıza olan qayğısının bariz nümunəsidir.

Sonra digər kənd sakinləri də öz xoş arzu və diləklərini ifadə ediblər.

Qaracəmirli kənd sakinləri Prezident İlham Əliyevə minnətdarlıq ediblər - ŞƏMKİR
Qaracəmirli kənd sakinləri Prezident İlham Əliyevə minnətdarlıq ediblər - ŞƏMKİR






Son Xəbər