XƏBƏR, İQTİSADİYYAT
28-08-2019, 18:01

Azəriqaz: Təmir işləri ilə əlaqədar olaraq Şəmkirin bəzi kəndlərində qaz təchizatı dayandırılıb

Azəriqaz: Təmir işləri ilə əlaqədar olaraq Şəmkirin bəzi kəndlərində qaz təchizatı dayandırılıb
Bu gün Xaçmaz və Şəmkir rayonlarının bəzi ərazilərində qaz təchizatı dayandırılıb.

Bu barədə Qərbinfo.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Məlumatda bildirilib ki, qaz kəmərlərində aşkar olunmuş sızmaların aradan qaldırılması və sazlama işlərinin aparılması məqsədi ilə bu gün saat 09:00-dan etibarən Xaçmaz rayonunun , həmçinin, saat 10:00-dan etibarən Şəmkir rayonunun bir neçə yaşayış məntəqəsinin təbii qaz təchizatı dayandırılıb.






Son Xəbər