XƏBƏR, SİYASƏT
28-08-2019, 12:54

Qadın əllərinin yumşaq gücü Rusiya və Azərbaycanı birləşdirir

Qadın əllərinin yumşaq gücü Rusiya və Azərbaycanı birləşdirir

Bu gün qadınların rolu təkcə ayrıca götürülmüş cəmiyyətdə deyil, həmçinin onların əməkdaşlığının dinc inkişaf və millətlərin qarşılıqlı zənginləşməsi üçün resursa çevrilməyə qadir olduğu dövlətlərarası səviyyədə də artır. Rusiya-Azərbaycan Dostluq Mərkəzinin rəhbəri Nataliya Krasovskaya müasir Azərbaycanda qadınların rolu və onların xalqlarımız arasında əlaqələrin möhkəmlənməsi sahəsində imkanları barədə Qərbinfo.az-ın müxbiri ilə söhbətində danışıb.

-Nataliya Rudolfovna, hər hansı müsəlman ölkəsindən söhbət düşdüyündə mütləq qadınların və kişilərin bərabər hüquqları məsələsi ortaya çıxır. Siz kənardan Azərbaycanın bu sahədə nailiyyətlərini qiymətləndirə bilərsinizmi?

-Qısaca olaraq bu cür cavab verərdim: Bakı dünyada çadranı atmış qadına heykəl qoyulduğu yeganə müsəlman ölkəsidir. Çünki Azərbaycan müsəlman Şərqinin ilk dövləti olaraq qadınlara kişilərlə bərabər hüquqları 100 il əvvəl verib. Müqayisə üçün bildirim ki, fransız qadınlar yalnız 1944-cü ildə seçkilərdə iştirak hüququnu əldə ediblər. Səudiyyə Ərəbistanında isə yalnız ötən il qadınlara avtomobil idarə etməyə icazə verilib. Beləliklə, bu ölkələrdən hansında qadın daha azaddır? Mən deyərdim ki, məhz Azərbaycan ənənələrin və inkişafın vəhdəti üzrə unikal nümunə kimi qadınlara öz imkanlarını tam şəkildə gerçəkləşdirmək şəraiti yaradıb.

Müasir Azərbaycanda qadınlara münasibətdə dövlət siyasəti milli lider Heydər Əliyevin adı ilə bağlıdır. O, qadınlara qarşı ayrı-seçkiliyin bütün təzahürlərinin ləğvi haqqında Konvensiyanı ratifikasiya etdirib. Respublikada Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb, bir sıra qanunlar, o cümlədən məişət zəminində zorakılıq hallarının qarşısının alınması və gender bərabərliyinin təmin olunması sahəsində qanunvericilik aktları qəbul edilib. Bu gün ölkədə gender ekspertizasının rəyi olmadan heç bir qanun və ya dövlət proqramı qəbul edilmir. Gender bərabərliyinin möhkəmləndirilməsi üzrə tədbirlərə isə respublikanın büdcəsindən hər il milyonlarla dollar vəsait ayrılır.

-Azərbaycan qadın






Son Xəbər