XƏBƏR, MANŞET-SLAYDER
28-08-2019, 08:30

Şəmkir RİH: Bu gün Dəllər-Cəyir kəndində qəbul keçiriləcək - ELAN

Şəmkir RİH: Bu gün Dəllər-Cəyir kəndində qəbul keçiriləcək - ELAN

Bu gün Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Dəllər-Cəyir kəndində qəbul keçirəcək.

Qərbinfo.az bildirir ki, qəbul zamanı vətəndaşların şikayət və təklifləri fərdi qaydada dinləniləcək, Şəmkir Rayon İcra Hakimiyyətinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar müvafiq tədbirlər görüləcək.

Qəbul 11:00-da başlayacaq.

Səyyar görüş müddətində öz şikayət və təkliflərini bildirmək üçün gələn sakinlər də qəbul olunacaq.

Vətəndaşlar qəbula yazılmış şəxslərin tərtib edilmiş siyahısı əsasında fərdi şəkildə qəbul ediləcəklər.

QEYD: Vətəndaşların qəbulu tərtib olunmuş qrafikə uyğun olaraq Şəmkir rayonunun bütün qəsəbə və kəndlərində keçiriləcəkdir.






Son Xəbər