XƏBƏR, HADİSƏ
27-08-2019, 23:21

Şəkidə kütləvi zəhərlənmə - 21 nəfər xəstəxanalıq oldu

Şəkidə kütləvi zəhərlənmə - 21 nəfər xəstəxanalıq oldu
Şəkidə toyda kütləvi zəhərlənmə baş verib.

Səhiyyə Nazirliyindən Qərbinfo.az-a verilən məlumata görə, Şəkidə toyda iştirak edən 21 nəfər zəhərlənib. Çeşməbelli kəndində məclisdə olan şəxslər toydan sonra Mərkəzi Rayon Xəstəxanasına müraciət ediblər.

Müraciət edənləri müayinə edən həkimlər onlarda disbakterioz aşkarlayıblar. Xəstələrə tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar.






Son Xəbər