XƏBƏR, İDMAN
26-08-2019, 19:53

Belarus-Azərbaycan futzal oyununun hakimləri müəyyənləşib

Belarus-Azərbaycan futzal oyununun hakimləri müəyyənləşib
Futzal üzrə Azərbaycan milli komandası bu gün Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək.

Qərbinfo.az xəbər verir ki, Minskdəki MAPİD İdman Kompleksində keçiriləcək oyunu idarə edəcək hakimlər müəyyənləşib. Bakı vaxtı ilə saat 19:30-da başlayacaq oyunun baş hakimi belaruslu Vitaliy Rakutskiy olacaq. Ona həmyerlisi Anton Jdanoviç kömək edəcək.

Millimiz ikinci yoldaşlıq oyununu avqustun 28-də yenidən Belarus yığmasına qarşı keçirəcək. Matç Borisov şəhərində təşkil olunacaq.

Qeyd edək ki, milli oktyabrın 22-dən 27-dək Bakıda təşkil olunacaq dünya çempionatının əsas mərhələsinin qrup oyunlarında Slovakiya, Moldova və Monteneqro yığmaları ilə qarşılaşacaq.






Son Xəbər