XƏBƏR, SİYASƏT
26-08-2019, 15:59

Türkiyə Prezidenti Rusiyaya işgüzar səfər edəcək

Türkiyə Prezidenti Rusiyaya işgüzar səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 27-də Rusiyaya işgüzar səfərə gedəcək.

Qərbinfo.az Anadolu agentliyinə istinadla xəbər verir ki, səfər çərçivəsində iki ölkə başçılarının görüşü olacaq. Tərəflərin ikitərəfli və nümayəndə heyətləri ilə görüşləri də nəzərdə tutulub. Görüşlərdə Türkiyə-Rusiya ikitərəfli əlaqələrinin bütün istiqamətləri müzakirə ediləcək, həmçinin bir sıra regional və beynəlxalq məsələlər haqqında fikir mübadiləsi aparılacaq.

Türkiyə Prezidenti dünyanın aparıcı tədbirlərindən olan MAKS-2019 Beynəlxalq Aerokosmik Sərgisinin açılışında da iştirak edəcək.






Son Xəbər