XƏBƏR, DÜNYA
26-08-2019, 09:12

Türkiyə Silahlı Qüvvələri altı PKK terrorçusunu zərərsizləşdirib

Türkiyə Silahlı Qüvvələri altı PKK terrorçusunu zərərsizləşdirib
İraqın şimalındakı "Pençe-3" əməliyyatı çərçivəsində Türkiyə Silahlı Qüvvələri altı PKK terrorçusunu zərərsizləşdirib.

Qərbinfo.az-ın Türkiyənin Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, hava əməliyyatı zamanı dörd terrorçu, atışma zamanı isə iki terrorçu zərərsizləşdirilib.

Beləliklə, "Pençe-3" əməliyyatı zamanı cəmi 15 terrorçu zərərsizləşdirilib.

Xatırladaq ki, mayın 27-i Türkiyə Hərbi Hava Qüvvələri və Silahlı Qüvvələri İraqın şimalında yerləşən Kərkük rayonunda "Pənçə" (Pəncə) adı alan irimiqyaslı əməliyyata başlayıblar.






Son Xəbər