XƏBƏR, İQTİSADİYYAT
24-08-2019, 18:49

Sahibkarlar Latviyadakı tenderdə iştiraka dəvət olunurlar

Sahibkarlar Latviyadakı tenderdə iştiraka dəvət olunurlar

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) sahibkarlara müraciət edib.

AZPROMO-dan Qərbinfo.az-a bildirilib ki, Latviyanın “Eiropas Dzezcela Linjas” dövlət şirkəti Salaspils şəhərində inşası nəzərdə tutulan yük terminalının layihələndirilməsi və ətraf mühitə təsir imkanlarının qiymətləndirilməsinə dair tender elan edir. Ölkəmizdə fəaliyyət göstərən sahibkarlar və iş adamları tenderdə iştiraka dəvət olunurlar.

Tender haqqında daha ətraflı məlumat əldə etmək üçün “http://edzl.lv/lv/par-edzl/kas-ir-edzl” linkindən istifadə etmək mümkündür.






Son Xəbər