XƏBƏR, DÜNYA
23-08-2019, 11:28

Ermənistanda hərbi yük maşınının aşması nəticəsində 11 hərbçi yaralanıb

Ermənistanda hərbi yük maşınının aşması nəticəsində 11 hərbçi yaralanıb

Avqustun 23-də Ermənistanın Tavuş bölgəsində ağır yol-nəqliyyat qəzası baş verib.

Qərbinfo.az erməni KİV-lərinə istinadla xəbər verir ki, saat 3:30 radələrində Ermənistan Müdafiə Nazirliyinin Bağanis kəndi ərazisindəki hərbi hissəsinin yaxınlığında “GAZ 66” markalı hərbi maşın aşıb. Qəza nəticəsində avtomobildə olan 11 hərbi qulluqçu xəsarət alıb. Müqavilə əsasında xidmət edən həmin hərbçilər tibb mərkəzinə yerləşdiriliblər.






Son Xəbər